Avropa İttifaqı Rusiyanın 351 deputatına sanksiya tətbiq edəcək
Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərində separatçıların elan etdiyi “Luqansk və Donetsk xalq respublikalarını” tanımasına etiraz olaraq Avropa İttifaqı Dövlət Dumasının 351 deputatına qarşı sanksiya tətbiqini müzakirə edəcək.
ENA.az xəbər verir ki, məlumatı "Deutsche Welle" yayıb.
Bildirilib ki, “respublikaların” tanınması ideyasını dəstəkləyən daha 11 nəfər barədə sanksiyanın tətbiqi müzakirə olunacaq.
Qeyd edək ki, Avropa İttifaqı məlum məsələ ilə bağlı Rusiyaya qarşı sanksiyalar paketini müzakirə edəcək.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının 450 üzvü var.