Bakıya 50 yeni avtobus gətirilib – 2 ƏDƏDİ 18 METRLİKDİR
Ötən dövrdə paytaxta 1000-dən artıq avtobus gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67%-i CNG (sıxılmış təbii qaz) mühərriklidir.
Belə ki, “Xaliq Faiqoğlu” şirkəti qardaş Türkiyə Respublikasının “OTOKAR Savunma Sanayi A.Ş.”dən müasir emissiya standartlarına tam cavab verən avtobuslar alır. Alınması nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı şəhərinə gətirilib. Müasir ödəniş cihazları quraşdırılan avtobuslar 23 fevral tarixindən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək.
Yeni avtobusların 2 ədədi 18,7 m olmaqla, qoşqulu – 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq.