Sosial iqtisadiyyat

FHN-nin vəzifələri artırıldı

Azərbaycan Respublikasının ərazisində fövqəladə hallar (qəzalar, təbii və texnogen hadisələr, təbii və ya digər fəlakətlər) baş verdikdə Fövqəladə Hallar Nazirliyi (FHN) turistlərə axtarış-xilasetmə xidməti göstərəcək və onların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görəcək.

Bu, Prezident İlham Əliyev bu gün imzaladığı “Turizm haqqında” qanunu tətbiqi barədə fərmanda əksini tapıb.

FHN fövqəladə hallar barədə dövlət turizm orqanını və turistin vətəndaşı olduğu ölkənin (vətəndaşlığı olmayan şəxsə münasibətdə onun daimi yaşadığı ölkənin) Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliyini (konsulluğunu) dərhal məlumatlandıracaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)