Türkiyədən Ukraynaya növbəti DƏSTƏK
Rusiya-Ukrayna böhranı ilə bağlı mövqeyimiz əvvəldən çox aydın olub.
ENA.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
“Prezidentimizdən başlayaraq, nazirlər səviyyəsində və digər nümayəndə heyətləri arasında keçirilən görüşlərdə həmişə ən yüksək səviyyədə ifadə olunub. Krımın işğalına qarşı olduğumuz üçün əvvəldən danışıqlara başlamışıq. Biz də Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi bildirdik və bunu deməkdə davam edirik. Biz bölgədəki gərginliyin ehtiyatlı və balanslı yanaşma ilə həllinin tərəfdarıyıq və bu mənada Qara dənizlə həmsərhəd olan ölkələrin sülh, dialoq, əmin-amanlıq və firavanlıq şəraitində yaşamasını ən səmimi arzumuzdur”,- Akar bildirib.