Sosial iqtisadiyyat

Auditorlar Palatası 3 şirkəti bazardan kənarlaşdırıb

Auditorlar Palatası üzvlük haqqını ödəmədiyinə görə 3 auditor təşkilatının fəaliyyətini dayandırıb.

ENA.az quruma istinadən xəbər verir ki, bunlar “ASON Audit”, “EON Audit” və "PREMİUM Audit" MMC-lərdir.

"Auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sistemdə şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar audit sifarişçilərinin mənafelərinin qorunması məqsədilə onların risk qrupunda olmaları nəzərinizə çatdırılır", - deyə Palata bəyan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)