Əmək pensiyaçılarına 200 manat maddi yardım ödəniləcək - PREZİDENT SƏRƏNCAMI
Prezident İlham Əliyev Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Müvafiq sərəncam dövət başçısının saytında dərc olunub. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi 2021-ci ildə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraqhəyata keçiriləcək.
Bundan başqa, pensiya kapitalının indeksləşdirilməsi 2021-ci il ərzində inflyasiyaya (6,7%) uyğun olaraq həyata keçiriləcək.
Bundan başqa, sərəncama əsasən, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi təmin ediləcək.
Bununla əlaqədar, Nazirlər Kabinetinə nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının illik pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini Azərbaycan prezidentinə təqdim etmək; qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə, habelə həmin şəxslərə 2022-ci ildə maddi dəstək göstərilməsinə dair təkliflərini Azərbaycan prezidentinə təqdim etmək tapşırılır.