Qarabağ

Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası Türkiyə-Azərbaycan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsini özündə əks etdirən qanun layihəsini təsdiqləyib.

ENA.az “Haber Global”a istinadən xəbər verir ki, sözügedən qanun layihəsi komissiyanın bu gün keçirilən iclasında müzakirə olunub.

Müzakirələrdən sonra komissiya bəyannamənin təsdiqlənməsi üçün sənədin Türkiyə parlamentində müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edib.

İclasa Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran da qatılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)