Türkiyədə azərbaycanlı iş adamı Telman İsmayılovun 178 milyonluq mülkü satışa çıxarıldı
İstanbul İcra və İflas Müdirliyi tərəfindən həyata keçirilən ləğv prosesi zamanı mart ayında keçiriləcək ilk tenderdə obyektlərin icra dəyəri 178 milyon TL təyin olunub.
Antalyanın Aksu rayonunun Kundu məhəlləsində Azərbaycan əsilli iş adamı Telman İsmayılov tərəfindən 2018-ci ildə "Titanic Hotels" tərəfindən icarəyə götürülən, 1,4 milyard dollar sərmayə ilə açılan "Mardan Palace"nin idman obyektləri və yüzlərlə mənzili müflis olaraq icraya verilib. Açıldıqdan sonra maddi sıxıntıya düşən 7 ulduzlu otel satıldıqdan sonra indi də tenderlə Mardan İdman Kompleksi çıxarılıb.
2018-ci il sentyabrın 19-da məhkəmə Telman İsmayılovun oğlu Sərxan İsmayılovun da idarəçiliyində olan 220 milyon TL kapitallı Ast İnşaat Turizm Taahhüt A.Ş.-nin müflis olmasına qərar verib. İstanbul Anadolu 3-cü Asliye Ticarət Məhkəməsinin iflas qərarından sonra şirkətin ləğvi prosesi başlayıb. İcra və İflas Müdirliyi tərəfindən həyata keçirilən ləğvetmə prosesində şirkətin aktivləri bir-bir satılır.
Keçən il meşə yanğınlarından sonra Titanic Deluxe Bodrum ilə gündəmə gələn keçmiş "Mardan Palace" 2009-cu ildə dünyaca məşhur adlar - Mariah Carey, Richard Gere, Sharon Stone ilə möhtəşəm bir açılış mərasimi etmişdi. Mərasimə Monika Belluci, Tom Cons, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev də qatılmışdı. Mardan İdman Kompleksi də Mardan Palace-ın içərisində yerləşirdi. Kompleksdə UEFA standartlarına uyğun futbol meydançaları, yarımolimpiya üzgüçülük hovuzları, kinoteatr və boulinq salonları, həmçinin 300-ə yaxın mənzildən ibarət 7 ayrı torpaq sahəsi var. Sözügedən kompleks ümumilikdə 103 hektardan ibarətdir.
Sözügedən kompleksdəki aktivləri iki ayrı daşınmaz əmlak qrupu olaraq təyin edən İstanbul İcra və İflas Müdirliyi, aktivlər üçün tenderi eyni gün keçirəcək. Birinci daşınmaz əmlak qrupu üçün 89 milyon 764 min TL qiymət müəyyən edildiyi halda, ikinci daşınmaz əmlak qrupu üçün 89 milyon TL qiymət müəyyən edilib. Müəyyən edilmiş qiymətin 50%-i ilə girov hərracları satışa çıxarılır. Başqa sözlə, dəyəri 178 milyon TL-dən çox olan iki ayrı daşınmaz qrup yarı qiymətinə alına bilər. Sözügedən tender martın 16-da İstanbul Anadolu Ədliyyəsində keçiriləcək.
Dünyaca məşhur "Mardan Palace" otelini debitor borcları müqabilində girov yolu ilə ələ keçirən Halkbank, 2018-ci ildə obyekti 10 il müddətinə "Titanic Hotels" qrupuna icarəyə verib.