Azərbaycanın xaricdən aldığı çay 10% bahalaşıb
Ötən il Azərbaycan xaricə 8 491.73 min ABŞ dolları dəyərində 1 115.65 ton həcmində çay satıb.
Dövlət Gömrük Komitəsinin hesabatlarına əsasən, illik müqayisədə çay ixracından əldə olunan gəlirlərdə və ixracın həcmində azalma müşahidə olunur. Belə ki, 2020-ci ilə nisbətən ixrac gəliri 10.3%, ixrac həcmi isə 17.8% azalıb.
Ötən il Azərbaycanın xaricdən aldığı çayın dəyəri 61 858.20 min ABŞ dolları, həcmi isə 13 965.25 ton təşkil edib. İllik müqayisədə idxal olunan çayın dəyərində 10.1% artım olsa da, idxal olunmuş çayın miqdarında 0.14%-lik azalma var.