Gündəm

Rusiyaya qarşı müharibə başlasa, Belarus kənarda dayanmayacaq - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko xalqa müraciəti zamanı bildirib ki, əgər Qərbdən Rusiyaya qarşı təcavüz olarsa, onun ölkəsi də bu müharibədə iştirak edəcək.

ENA.az-ın məlumatına görə, Lukaşenko qeyd edib ki, Belarus üçün müharibə iki halda ola bilər:  birincisi, Belarusa qarşı birbaşa təcavüz edilərsə; İkincisi Belarusun müttəfiqi Rusiya birbaşa hücuma məruz qalarsa..

O, deyib ki, Rusiya qoşunları Belarusa qarşı təcavüz edilərsə, Belarus ərazisinə daxil ola bilər: “Bu halda yüz minlərlə rus əsgəri burada olacaq”.

Belarus prezidenti həmçinin bildirib ki, indiki şəraitdə Minsk Rusiya və KTMT müttəfiqləri ilə əməkdaşlığı inkişaf etdirməlidir.

"Qazaxıstan nümunəsi göstərdi ki, KTMT Avrasiya məkanında təhlükəsizlik təhdidlərinə nə qədər tez cavab verə bilər. Kollektiv təhlükəsizlik qüvvələri vəziyyətin sabitləşdirilməsində əsas amilə çevrilib”, - Lukaşenko bildirib.

Bundan əvvəl Lukaşenko Belarus və Rusiyanın müharibə istəmədiyini bildirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)