Dünyanın ən sürətli internetinə malik ölkələrin TOP25-liyi: Azərbaycan neçəncidir?
Dünyada tanınan “Ookla” şirkətinin “Speedtest” xidməti “Speedtest Global Index”ini (2018, noyabr) hazırlayıb.
"BI" xəbər verir ki, hesabata əsasən, ən sürətli mobil internetə sahib olan ölkələrin siyahısı açıqlanıb. Beləliklə, hesabata, əsaslanaraq ölkələrin orta internet sürətini təqdim edirik. “Speedtest”in hesabatına görə, dünya miqyasında orta mobil internet sürəti 24,4 Mbps (megabit) dir.
Qeyd edək ki, index-də, həm mobil, həm də sabit genişzolaqlı internet sürətinə görə, ölkələrin adları elan edilib. Azərbaycanın da hər iki kateqoriyada neçənci olduğunu öyrənmək istəyirsinizsə, məqalənin davamını oxumalısınız.
Beləliklə, ən sürətli mobil internetə sahib olan ölkələrin siyahısı belədir:
25-Litva: 40.05 Mbps
24-Bolqarıstan: 40.37 Mbps
23-Makedoniya 40.5 Mbps
22-Yunanıstan: 41.26 Mbps
21-Albaniya: 42.73 Mbps
20-Monteneqro: 43.4 Mbps
19-Xorvatiya: 43.63 Mbps
18-İsveç: 44.11 Mbps
17-Yeni Zelandiya: 44.23 Mbps
16-Macarıstan: 46.85 Mbps
15-Çex Cumhuriyyəti: 46.92 Mbps
14-Lüksemburq: 47.48 Mbps
13-İsveçrə 47.61 Mbps
12-Cənubi Koreya: 47.86 Mbps
11-Belçika: 48.82 Mbps
10-Danimarka: 49.2 Mbps
9-BƏƏ: 49.86
8-Malta: 51.86 Mbps
7-Hollandiya: 54.87 Mbps
6-Avstraliya: 55.79 Mbps
5- Sinqapur: 58.22 Mbps
4-Kanada: 59.61 Mbps
3-Qətər: 60.37 Mbps
2-Norveç: 67.82 Mbps
1-İslandiya: 72.54 Mbps
Azərbaycana gəldikdə isə, ölkəmizin orta mobil internet sürəti ilə 26.61 Mbps ilə 55-ci yerdə qərarlaşıb. Ölkəmiz ötən aylar ilə müqayisədə 3 pillə irəliləyib. Sabit genişzolaqlı internetin orta sürətinə görə isə, 185.25 Mbps ilə Sinqapur birinci pillədə qəralaşıb. Azərbaycan isə ötən aylar ilə müqayisədə reytinqdə 1 pillə geriləyərək, 15.23 Mbps ilə 94-cü olub.