Neftin qiyməti FED rəhbərinin "dollar aqıqlaması"ndan sonra ucuzlaşır
Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelin ABŞ Mərkəzi Bankının mart ayında baza dərəcəsini artırmaq niyyətində olması barədə bəyanatından sonra dünya bazarlarında risk iştahının ümumi azalması fonunda neftin qiyməti ucuzlaşır.
Çərşənbə günü FED iclasının sonunda çıxış edən Powell, həmçinin mərkəzi bankın faiz dərəcələrini keçmişdə olduğundan daha sürətli artıracağına işarə etdi.
Londonun ICE Futures birjasında bugün saat 9:15-ə Brent markalı neftin mart fyuçerslərinin dəyəri bir barel üçün 89,27 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,69 dollar (0,77%) aşağıdır.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində mart ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 86,73 dollar təşkil edir ki, bu da çərşənbə günü sessiyanın yekun dəyərindən 0,62 dollar (0,71%) aşağıdır.
Həftənin əvvəli bahalaşmaya Rusiya ilə Qərb arasında Ukrayna ilə bağlı gərginliyin artması, həmçinin Nymex-də satılan neftin saxlandığı Kuşinq terminalında ehtiyatların cari ilin ən aşağı səviyyəsinə enməsi ilə bağlı məlumatlar da təsir etmişdi.
ABŞ Energetika Nazirliyi bildirib ki, Kuşinqdə ehtiyatlar keçən həftə 1,8 milyon barel, strateji neft ehtiyatında (SPR) 1,2 milyon barel azalıb.