Vətən müharibəsində sahibkarlara dəyən zərərin bir hissəsi ödənilib
Vətən müharibəsi dövründə 294 sahibkarlıq subyektinə dəyən zərər üzrə təqribən 4,7 milyon manat həcmində kompensasiyanın ödənilməsi təmin edilib.
Bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov mətbuat konfransında deyib.
O vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə sahibkarlara dəymiş ziyanın qiymətləndirilməsi prosesinin təşkili KOBİA-ya həvalə edilib.