BİZNES

Azərbaycanlı investorların Türkiyədəki aktivliyi artıb

2018-ci ilin ilk 11 ayında Türkiyədə səhmdar kapitallı və məhdud məsuliyyətli 165 şirkət yaradılıb. Bu, 2017-ci ilin eyni dövründəkindən 36% çoxdur.

"BI" xəbər verir ki, bu barədə Türkiyə Ticarət Palatası və Birjalar Birliyi məlumat verib.

Ötən il Azərbaycan kapitalının iştirakı ilə şirkətlərin səhmdarları yeni şirkətlərə 53,1 milyon türk lirəsi investisiya qoyub. Bu, ötən ilin eyni dövründəkindən 2,7 dəfə çoxdur. Azərbaycanlı sərmayəçilər bu şirkətlərin kapitalına 45,3 milyon lirə investisiya qoyub. Bu, 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən 2,5 dəfə çoxdur. Azərbaycanlılar əsasən topdan və pərakəndə satış şirkətləri, mehmanxana və restoran biznesinə kapital qoyub - 24 mln lirə

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)