Manat avro qarşısında bahalaşır, rubla nisbətdə sabitdir
![](https://ena.az/uploads/news/2022-01/_ena_3165461405bae09e724d667b6_o.jpg)
Mərkəzi Bankdan verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 21-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 AZN/$1 səviyyəsində saxlayıb.
Yanvarın 21-nə AMB manatın avroya qarşı rəsmi məzənnəsini 1,9252 manat/1EUR səviyyəsində müəyyən edib (19 yanvar - 1,9261 manat/1EUR).
Mərkəzi Bank yanvarın 19-na manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsini 0,0221 manat/1RUB səviyyəsində saxlayıb.