PASHA Holding işçi axtarır - VAKANSİYA
Baş Risk Analitiki
İşin təsviri:
- Qrup daxilində və əlaqəli modellər/proseslər üzrə Kredit Portfelinin effektiv ölçülməsi üçün çərçivənin təkmilləşdirilməsi;
- Əsas kredit riskinin həyata keçirilməsi üçün əsas qrupun bir hissəsi kimi kredit riskinin tanınması, ölçülməsi və onun hesabatlılığı ilə bağlı tələblərin və məlumatların təqdim edilməsi (məsələn, Kreditlərin idarəedilməsi çərçivəsi, IFRS 9 dəyərsizləşmə);
- Bazar riski, eyni zamanda likvidlik riskinin idarə edilməsi çərçivələrinim inkişafı və təkmilləşdirilməsi;
- Qrup şirkətlərinin daxili stress testi maliyyə modellərinin təkmilləşdirilməsi və inkişafına dəstək;
- Reytinq modelləri (PD) və LGD/EAD ölçüləri, habelə onların vaxtlı-vaxtında kalibrasiyası da daxil olmaqla
- Kredit Ölçmə Çərçivəsinə əsas təkmilləşdirməsinə dəstək;
- Pərakəndə satış təminatı, KOBİ təminatı , ipoteka təminatı və digər kredit portfel modellərinin təkmilləşdirilməsi;
- Qrup banklarının ticarət və bank portfelinin bazar riskinin ölçülməsi üçün risk modellərinin və alətlərinin hazırlanması;
- Bankın likvidlik riskinin idarə edilməsi sisteminin qiymətləndirilməsi, o cümlədən qrupun şirkətlərinin məruz qaldığı əsas likvidlik və maliyyə risklərinin müəyyən edilməsi;
- ICAAP modellərinin hazırlanmasında qrup şirkətlərinə dəstək;
- Maliyyə risklərinin qarşısının alınması və azaldılması üçün qabaqlayıcı və düzəldici tədbirlərə dair fəal şəkildə tövsiyyələrin verilməsi;
- Siyasət və prosedurların qəbul edilməsini, məlumatlandırılmasını və düzgün tətbiq olunmasını təmin edərək əlaqədar tərəflərin təlimatlandırılması, eyni zamanda bu istiqamətdə tövsiyyələrin verilməsi;
- Əməliyyat riski, komplayans və reputasiya riski ilə bağlı məsələlərin və sorğuların həllində daxili və xarici maraqlı tərəflər üçün məlumat mərkəzi olaraq xidmətin göstərilməsi;
- Qrup üzrə Risklərin idarəedilməsi Direktoruna iş funksiyası ilə bağlı digər vəzifələri yerinə yetirməkdə dəstək;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Maliyyə/Bankçılıq və ya əlaqəli sahələrdə ən azı bakalavr dərəcəsi;
- Müvafiq sahədə ən azı 5 il peşəkar təcrübə;
- Güclü kommunikasiya, danışıqlar aparma və problemlərin həll edilməsi bacarıqları;
- Güclü analitik düşünmə bacarığı və statistik biliklər;
- MS Office (Excel, PowerPoint) proqramlarının yüksək səviyyədə biliyi;
- R, Python və ya Tableau kimi data elmi/analitika alətləri üzrə biliklər üstünlükdür;
- FRM və ya CFA sertifikasiyasının mövcudluğu üstünlükdür;
- Moody's reytinq metodologiyasına əsaslanan biznes və pərakəndə kreditlər üçün sayı kartları və reytinq modelləri kimi IFRS alətləri ilə iş təcrübəsi üstünlükdür;
Mövzu sətrində “Risklər üzrə baş analitik” qeyd olunmalıdır;
CV-lər 20 fevral, 2022-ci il tarixinə qədər recruitment@pasha-holding.az mail ünvanına göndərilməlidir;
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.