Ermənilər Gorus-Qafan yolunda Azərbaycana bu qədər rüsum ödəyirlər - SƏNƏD

Erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyirlər.
ENA.az xəbər verir ki, bu barədə məlumatı ermənilərin “Joğovurd” qəzeti yazıb.
Məlumata görə, İrana yük aparan erməni iş adamları Gorus-Qafan yolundan istifadə edərkən Azərbaycana məxsus gömrük məntəqəsindən də keçməyə məcbur olurlar.
Bu zaman erməni iş adamlarının mallarını daşıyan TIR-ların fars mənşəli sürücüləri Gorus-Qafan yolundakı Azərbaycana məxsus gömrük məntəqəsində 130 dollar rüsum ödəməli olurlar.
“Joğovurd” qəzeti gömrük məntəqəsindən sürücülərə verilən çekin şəklini də dərc edib.