BİZNES

Kriptovalyutalar dünyasının ən varlı adamı açıqlanıb

“Binance” kriptobirjasının sahibi Çanpen Zhaonun sərvəti 96 milyard dollar dəyərində qiymətləndirilir.

ENA.az xəbər verir ki, “Bloomberg” agentliyi onu kriptovalyuta dünyasının ən varlı adamı adlandırır.

Qeyd olunur ki, Zhaodan başqa reytinqə 92.9 milyard dollar sərvətlə hindistanlı biznes maqnatı Mukeş Ambani də daxil olub. Bununla da, Zhaonun sərvəti texnologiya bazarının Mark Çukerberq, Larri Peyc və Serqey Brin kimi titanlarla rəqabət aparmağa başlayıb.

Hələ 2020-ci ilin noyabrında Zhao 2014-cü ildə bitkoin aldığını və saxlamağa davam etdiyini açıqlamışdı. Eyni zamanda o, özünü maliyyə cəhətdən müstəqil insan hesab etdiyi üçün sərvətinin 99%-ni bağışlamağa hazır olduğunu əlavə etmişdi.

İyul ayında “Binance” kriptobirjasının rəhbəri şirkətinin “tam tənzimlənən maliyyə müəssisəsi” olmağı hədəflədiyini və lazım gələrsə, vəzifəsindən istefa edəcəyini bildirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)