Gündəm

Qazaxıstanda general intihar etdi

Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanov intihar edib.

Bu barədə məlumatı “BaigeNews.kz” yayıb.


Bölgənin Polis Departamentinin Mətbuat xidməti sözügedən xəbəri təsdiq edib. 

Hazırda hadisənin detalları araşdırılır.

“Kozachkov offside” teleqram kanalının məlumatına görə, Qazaxıstanın Taraz şəhərində iğtişaşlardan sonra Janat Süleymanov barəsində cinayət işi başlanılıb. 60 yaşlı general 5 gün əvvəl bölgənin komendantı təyin edilmişdi. Süleymanov 2020-ci ilin fevralından etibarən Cambul vilayətinin Polis departamentinin rəisi vəzifəsini icra edib. 

Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən başlayan etiraz aksiyaları daha sonradan bütün ölkə ərazisində iğtişaşlara çevrilib. Bu hadisələr çərçivəsində bir neçə vəzifəli şəxs istefaya göndərilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)