Apple-ın səhmləri kəskin ucuzlaşdı
Apple-ın səhmləri, şirkətin 2019-cu ilin ilk rübü üçün satış gəliri gözləntisini, daha əvvəl açıqlanan 89 - 93 milyard dollar aralığından 84 milyard dollara salması ilə əlaqədar olaraq 8,18% ucuzlaşıb. Şirkətin açıqlamasına görə, 8,18%-lik ucuzlaşma 50 milyard dollarlıq dəyər itkisinə qarşılıqdır.
Qeyd etdiyimiz kimi, Apple-ın İcraçı direktoru Tim Kuk iPhone satışlarının azaldığını açıqlayıb və buna səbəb kimi ABŞ və Çin arasında gedən ticarət gərginliyini, Çin iqtisadiyyatında zəifləməni göstərmişdi.