Axtar

Azərbaycan Cüdo Federasiyasında yeni təyinat olub

Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub.

Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və kommunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib.

O, əvvəllər ANS, ATV telekanallarında, “Report” İnformasiya Agentliyində və digər media qurumlarında multimedia meneceri vəzifəsində çalışıb.

Daha əvvəl Rəşad Rəsullu ACF-nin baş katibi təyin olunub. Yaxın vaxtlarda digər vəzifə bölgülərinin də aparılacağı gözlənilir.

Qeyd edək ki, 2021-ci il noyabrın 1-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin yeni prezidenti seçilib. R.Nəbiyev bu postda SOCAR-ın prezidenti Rövnəq Abdullayevi əvəzləyib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33