Ateshgah Sigorta işçi axtarır - MAAŞ 1200 MANAT
Müştəri xidmətləri şöbəsinin müdiri
Son tarix 28 yan 2022
Namizədə tələblər:
- Yaş: 30-45
- Təhsil: Ali hüquq təhsili mütləqdir.
- İş təcrübəsi: Mütləq ən azı 5 il sığorta, maliyyə, ticarət qurumunda iş təcrübəsi olmalıdır.
- Mülki, Mülki prosesual, İnzibati Xətalar, İnzibati prosesual, Sığorta qanunvericiliyini və diqər qanuvericilikləri bilən
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili
- Kompüter bilikləri, Microsoft office proqramları
- İdarəçilik qabiliyyəti;
- Peşəkar bilik və təcrübə;
- Tabeçiliyində olan işçilər arasında vəzifə bölgüləri aparır, onların işlərinə nəzarəti həyata keçirir.
- Vətəndaş qüsursuzluğuna malik olmaq.
- Kollektivdə işləmək qabiliyyəti;
- Qarşısına qoyduğu məqsədlərə çatmaq qabiliyyəti;
- İşə yaradıcı yanaşma;
- Yeni idealara malik olmaq;
- Şirkətin daxili əmək nizamının qaydalarını;
- Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını;
- Sığorta cəmiyyətinin bütün strukturları ilə normal iş münasibətləri qurmaq ;
- Yol hərəkəti haqqında qanunu,inzibati xətalar məcəlləsini və avtomobili idarə etməni ;
- Sığorta fəaliyyəti haqqında qanunu bilməlidir.
Əsas vəzifə öhdəlikləri:
- Müştəriləri qəbul etmək və onların sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı suallarını cavablandırmaq;
- Müştərilərdən sənədləri qəbul etmək;
- Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək;
- Sığorta aktlarını və imtina məktublarını tərtib etmək;
- Müştərilərə hadisələrinin statusu barədə məlumat vermək;
- Analitik və statistik hesabatların aparılması üçün müvafiq hesabatların yaradılması və aparılması;
- Sığorta dələduzluğuna cəhd hallarının aşkar olunması və qarşısının alınması;
- Rəhbərlik etdiyi şöbənin işini təşkil etmək və şöbənin işinə nəzarət etmək;
- Şöbə daxilində iş bölgüsünü həyata keçirmək;
- Birbaşa rəhbərinin tapşırıq və göstərişlərinə əməl etmək
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
- Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
- Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı : həftə içi 5 gün /09: 00-dan 17:30 dək.
- Sabit əmək haqqı 1200
- Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən illik bonus sistemi
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com e -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidmətləri şöbəsinin müdiri” qeyd etmələri xahiş olunur.