Sənaye

ASELSAN Azərbaycandakı hədəflərini açıqlayıb

Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün Azərbaycandakı hədəflərini açıqlayıb.

ENA.az xəbər verir ki, o, rəsmi qəzetə müsahibəsində kritik mülki texnologiyalar və hərbi tex­nologiyaların iç-içə olduğu dövrdə qabaqcıl texnologiya həlləri təklif edən müdafiə sənayesi şirkətlərinin mülki sahələrdə də fəaliyyət göstərməsinin günün zərurəti olduğunu bildirib.

"Bu istiqamətdə ASELSAN olaraq Türkiyədə olduğu kimi, Azərbaycanda da fəaliyyətimizi müvafiq qurumların həll ortağı məntiqi ilə həyata keçiririk. Biz Azərbaycanda ağıllı şəhərlər, siqnalizasiya və avtomatlaşdırma kimi strateji əhəmiyyətli mülki layihələrlə fəaliyyət göstərməyi hədəfləyirik", - o vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)