“Azərpoçt”a yeni sözçü təyin edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.
Bu vəzifə Afaq İbrahimovaya həvalə edilib.
O, bundan əvvəl “Veysəloğlu” MMC-də və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı bölməsində (“UNDP Azerbaijan”) çalışıb.