Qazaxıstanda ölüm hökmü ləğv olunub

Qazaxıstanda ölüm hökmü ləğv olunub.
ENA.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, ölkə parlamentinin yuxarı palatası olan Senat bununla bağlı qanun qəbul edib.
!@#
Qanunvericiliyə edilən dəyişikliklə Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü çıxarılıb. Bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq.
Belə ki, buna 2021-ci ilin yanvarında Qazaxıstan BMT-nin “Ölüm cəzasının ləğvinə yönəldilmiş mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakta İkinci Fakültətiv protokol”unu ratifikasiya etdikdən sonra zərurət yaranıb. Senat da qərarın yaşamaq hüququnu təmin etməyə kömək edəcəyini vurğulayıb.











