Gündəm

“Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradıldı

Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb. 

Məlumata görə, “Tərtər işi”nin Baş Prokurorluqda yenidən istintaq olunmasına başlanılıb. 

Bu məqsədlə yaradılan istintaq qrupuna digər hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib. 

Xatırladaq ki, Tərtərdə hərbi hissədə baş vermiş hadisələrə görə 2017-ci ilin may ayında cinayət işi başlanıb. Sonradan “Tərtər işi” adlanan və bu günə qədər müzakirə edilən işlə bağlı Hərbi Prokuror Xanlar Vəliyevin verdiyi açıqlamaya görə, işgəncə faktı ilə bağlı cinayət işi başlanıb və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edilib. Cinayət işi başlayanadək bir nəfər şəxs işgəncələrdən vəfat edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)