Qarabağ

“Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur, Zəngəzurda da olmamalıdır”

Hazırda Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur. Zəngəzur dəhlizində də sərhəd-keçid məntəqələri olmamalıdır.

ENA.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

“Əgər Ermənistan vətəndaşların və yüklərin hərəkətinə nəzarət etmək məqsədilə sərhəd-keçid məntəqələrini qurmaqda israr etsə, biz də həmin məntəqələrin Laçın dəhlizində qurulmasında israr edəcəyik”, - Baş nazirin müavini vurğulayıb.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycanın Ermənistanla danışıqlarda mövqeyi konstruktivdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)