Ərdoğan Ukraynaya səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək.
Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin əvvəllərində baş tutacaq səfər zamanı strateji səviyyəli danışıqlar aparılacaq.
Nazir qeyd edib ki, səfər təhlükəsizlik və Krım məsələsi kontekstində çox önəmlidir.