Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111.2% əməl edib

İlkin məlumata görə, Dövlət Gömük Komitəsi cari ilin yanvar-noyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111.19% əməl edib.
ENA.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
Nəzərdə tutulan proqnozdan əlavə 396.3 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.