Türkiyə lirəsi ucuzlaşır
Türkiyə Mərkəzi Bankının bu ayın ortalarında uçot dərəcəsini azaldacağı ilə bağlı gözləntilər fonunda ölkənin milli valıyutası - lirə ucuzlaşır.
ENA.az xəbər verir ki, günə 13,48 lirəyə bərabər məzənnə ilə başlayan ABŞ dolları bu gün Bakı vaxtı ilə saat 13:00 radələrində 13,71 lirəyə çatıb.
Xatırladaq ki, türk lirəsi son 1 ildə təxminən 75% ucuzlaşıb. Buna səbəb uçot dərəcəsinin endirilməsi olub.