Lavrov: “NATO Rusiya ilə sərhədə hərbi texnika yerləşdirir”
![](https://ena.az/uploads/news/2021-11/_ena_757901a5d7e7a452748cd62ed_o.jpg)
“NATO Rusiya ilə sərhədə hərbi texnika yerləşdirir”.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.
“Qərb çoxdandır ki, Ukraynanı anti-Rusiya hərəkətlərinə təhrik edir. Kiyevin hərbi avantüraya girəcəyini istisna edə bilmərik, bu, Rusiyanın təhlükəsizliyinə təhdid yaradır”, - XİN başçısı əlavə edib.
S.Lavrov rəsmi Kiyevin Saakaşvilinin 2008-ci ildə seçdiyi yol ilə getməyəcəyinə ümid etdiyini bildirib.