Axtar

Gənclər və idman nazirinin müavinləri işdən çıxarılıb, yeniləri təyin olunub - SİYAHI

Azərbaycanın gənclər və idman nazirinin iki müavini işdən çıxarılıb.

ENA.az xəbər verir ki, bununla bağlı noyabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini təyin olunublar.

Qeyd edək ki, M.Vasileva əslən Bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33