Bank

Türkiyə Mərkəzi Bankı ilə BƏƏ-nin Mərkəzi Bankı arasında memorandum İMZALANDI

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı arasında anlaşma memorandumu imzalanıb.

ENA.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə Mərkəzi Bankı ilə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı arasında razılaşmadan sonra verilən açıqlamada iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi vurğulanıb.

Bundan əlavə, iki ölkə arasında ticarət, enerji, neft-kimya, texnologiya, nəqliyyat, infrastruktur, səhiyyə və ətraf mühit sahələrində əməkdaşlığı inkişaf etdirəcək anlaşma memorandumu bağlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)