Sosial iqtisadiyyat

Torpaq satışı üzrə sadələşdirilmiş verginin hesablanması

Torpaq sahəsinin təqdim edilməsi zamanı vergi torpağın təyinatından asılı olaraq hesablanır.

ENA.az “Vergilər.az”a istinadən xəbər verir ki, iqtisadçı ekspert Radil Fətullayev bu sahədə qaydaları izah edir.

Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, torpaq sahələrinin satışı əməliyyatlarının rəsmiləşdirilməsi zamanı bu əməliyyatdan yaranan vergi öhdəliyi notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməlidir.

Mülkiyyətdə olan torpaq sahələrinin təqdim edilməsindən aşağıdakı hallarda vergi tutulmur:

• torpaq sahəsinin hədiyyə, maddi yardım və ya miras formasında ailə üzvlərinə verilməsi;
• torpaq sahəsinin ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi;
• torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması.

Torpaq sahəsinin təqdim edilməsi zamanı vergi, torpağın təyinatından asılı olaraq hesablanır.

1. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (təyinatı üzrə istifadə edilib-edilməməsindən asılı olmayaraq) təqdim edilməsi üzrə vergi həmin torpaq sahəsi üzrə hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır:

Misal: Fiziki şəxs Lənkəran rayonunda I kateqoriyaya aid olan 3 hektar düzən torpaq sahəsini satır (şərti bal – 125). Həmin torpaq sahəsinin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

 

3 hektar

 

x

 

125

 

x

 

0,06

 

x

 

2

 

=

 

45 manat

 

Torpağın sahəsi

 

 

Şərti bal

 

 

Torpaq vergisinin dərəcəsi

 

 

Vergi misli

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Misal: Fiziki şəxs Babək rayonunda I kateqoriyaya aid olan 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satır (şərti bal – 53). Həmin torpaq sahəsinin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

2 hektar x 53 x 0,06 x 2 = 12,72 manat.

2. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların satışı zamanı vergi aşağıdakı qaydada hesablanır:

 

Torpağın yerləşdiyi ərazi (zona)

 

Zona əmsalları

 

Bakı şəhəri üzrə

1

4,0

2

3,0

3,4

2,2

5,6

1,8

7,8,9

1,5

10,11,12

1,2

 

Regionlar üzrə

Gəncə, Sumqayıt, Xırdalan

1,5

 

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri

 

1,2

 

Digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

 

0,5

Misal: Fiziki şəxsin mülkiyyətində 6-cı zonada sahəsi 300 m2 olan və yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi vardır. Həmin torpaq təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

 

300 kv.m

 

x

 

1,8

 

x

 

0,5 manat

 

=

 

270 manat

 

Torpağın sahəsi

 

 

Zona əmsalı

 

 

Baza

məbləği

 

 

 

 

 

 

Misal: Vətəndaşın mülkiyyətində Naxçıvan şəhərində sahəsi 500 m2 olan və yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi vardır. Həmin torpaq təqdim edildiyi zaman sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

500 m2 x 1,2 x 0,5 manat = 300 manat

3. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların sahələrinin təqdim edilməsi zamanı verginin məbləği əlavə olaraq aşağıda qeyd olunan yüksəldici əmsallar tətbiq edilməklə hesablanır:

 

 

Torpağın yerləşdiyi ərazi (zona)

 

Yüksəldici əmsal

Bakı şəhəri, onun qəsəbə və kəndləri

1,5

Gəncə, Sumqayıt, Xırdalan şəhərləri

1,3

Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri

1,2

Digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

1,1

Misal: Hüquqi şəxsin mülkiyyətində Gəncə şəhərində sahəsi 1000 m2 olan və sənaye təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

 

1000 kv.m

 

x

 

0,5 manat

 

x

 

1,5

 

x

 

1,3

 

=

 

975 manat

 

Torpağın sahəsi

 

 

Baza

məbləğ

 

 

Zona əmsalı

 

 

Yüksəldici əmsal

 

 

 

 

 

 

 

Misal: Kəngərli rayonunda “AAA” MMC-nin mülkiyyətində sahəsi 1200 m2 olan və sənaye təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

1200 m2 x 0,5 manat x 0,5 x 1,1 = 330 manat.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)