İlham Əliyevlə Paşinyan görüşəcək - TARİX AÇIQLANDI
![](https://ena.az/uploads/news/2021-11/_ena_0edad4d5a8a545278cc02118c_o.jpg)
Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
ENA.az xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında deyilir.
Bildirilir ki, İlham Əliyev və Nikol Paşinyan sərhəddə insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gələcəklər.