Performance Center Co işçi axtarır - VAKANSIYA
Satıcı-məsləhətçi
Vəzifə öhdəlikləri:
- Avtomobil bazarının təhlili, araşdırmaların və monitoringlərin aparılması;
- Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
- Avtomobillərin yüksək səviyyədə təqdim olunması, kampaniyalar, xidmətlər barədə geniş məlumat verilməsi;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.
Tələblər:
- Ali təhsil
- Yaş: 23-35
- Azərbaycan və rus dillərində səlis danışıq (ingilis dili arzuolunandır);
- Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Təqdimat bacarığının olması;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Avtomobil bazarı haqqında informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
Əlavə məlumatlar:
- Həftədə 5 iş günü, saat 09:00-19:00
- Əmək haqqı: 400-1700 AZN (fix+satışdan bonuslar)
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satıcı-məsləhətçi” qeyd etməklə cv@performance-center.az mail ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.