Qarabağ

“Azərbaycanla sülh sazişi bağlamağa hazırıq” - Paşinyan

“İrəvan Bakıya sülh sazişi bağlamağı təklif edib və edir”.

ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

“Biz Azərbaycana sülh sazişi bağlamağı təklif etmişik və edirik də.  ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti də bu sülh sazişinin bağlanmasına yönəlib. Biz tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz sülh sazişinin bağlanmasıdır”, - deyə Paşinyan parlamentdə çıxışında bildirib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)