TuranBank şöbə müdiri axtarır - MAAŞ 3500-4000 AZN
Proqramlaşdırma şöbəsinin müdiri
Vəzifə öhdəlikləri:
- Yeni proqram təminatlarının hazırlanmasının təşkili
- Proqramçılardan ibarət komandanın ümumi istiqamətləndirilməsi
- Bank sistemləri və rəqəmsal bankçılıq istiqamətlərində layihələrin idarə edilməsi
- Mövcud proqram təminatlarının təkmilləşdirilməsi üzrə idarəetmənin təşkili
- Müxtəlif partnyor şirkətlərlə birlikdə texnoloji inteqrasiyalar zamanı idarəetmənin həyata keçirilməsi
İş rejimi: həftənin 5 günü, (09-30 – 18:30) yaxud (09-00-18:00)
Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil (tətbiqi riyaziyyat, informatika, kompüter elmləri və s.)
- Yaş həddi: 25 - 45
- Azərbaycan dilində səlis danışıq , İngilis dili (texniki səviyyədə)
- Güclü alqoritm tərtib etmə bacarığı və məntiq
- Relyasiyalı verilənlər bazalarında optimal strukturlar qurmaq vərdişləri
- Java, PL/SQL, SQL dilləri üzrə yüksək bilik və iş təcrübəsi.
- Spring Boot, veb servislər (SOAP, REST) üzrə bilik iş təcrübəsi
- GİT üzrə biliklər və iş təcrübəsi
- Oracle və MongoDB verilənlər bazası ilə iş təcrübəsi
- Agile/Scrum metodologiyası üzrə təcrübə
- Avtomatlaşdırılmlış Bank sistemi ilə iş təcrübəsi
- İdarə etmə bacarıqları, məsuliyətlilik, diqqətlilik, operativlik
- Proqramlaşdırma üzrə minimum 5 il iş təcrübəsi (ən azı 3 il bank sahəsi və ya oxşar sahədə olmaqla).
Əmək haqqı: 3500-4000 AZN
QEYD: Anketlərinizi cv@turanbank.az mail ünvanına göndərməyiniz xahiş olunur. CV göndərərkən məktubda mövzu hissəsində “Head of software development” yazmağınızı xahiş edirik.