Qeyri-Bank

Fitch: "Mərkəzi Bankı faiz dərəcəsini artırmağa davam edəcək"

Fitch Ratings Beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2020-ci ildə 4,3% azalmadan sonra 4,9% səviyyəsində proqnozlaşdırır. Bu barədə agentliyin məlumatında deyilir.

“Artım qeyri-neft sektorunun bərpası və əhalinin COVİD-19 koronavirus əleyhinə vaksinasiya prosesinə başlanması ilə şərtlənir”, - məlumatda qeyd olunur.

Agentliyin proqnozlarına əsasən, “köhnəlmiş yataqlarda neft hasilatının davamlı azalması fonunda, bu da, demək olar ki, qaz sektorunda artım ilə kompensasiya edilir”, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,9%-dək, 2023-cü ildə isə - 2,3%-dək azalacaq.

Fitch-də qeyd edirlər ki, ölkədə ərzaq, nəqliyyat və inzibati xidmətlərin qiymətlərinin artması ilə əlaqədar inflyasiya apreldə 4,3%-dən sentyabrda 8,5%-dək artıb. Agentlik 2021-ci ilin yekunları üzrə inflyasiyanı 7,6% səviyyəsində və 2022-ci ildə 4,3% səviyyəsində proqnozlaşdırır.

Agentliyin qiymətləndirmələrinə əsasən, Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsini artırmağa davam edəcək. Xüsusilə, Fitch-in ekspertləri onun 50 faiz bəndi – 7,5%-dək artmasını proqnozlaşdırırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)