Bank

Azərbaycanda üç bank ümumi mənfəətin 78,6%-nə sahibdir - RENKİNQ

Azərbaycanın bank sektorunda təmiz mənfəətlə bağlı renkinq göstərir ki, əsas qazanc top 3 bankın əlində cəmləşib. Təkcə 3 bankın – Azərbaycan Beynəlxalq Bankı, Kapitalbank və PAŞA Bankın mənfəəti birlikdə 401,5 milyon manat təşkil edir. Bu isə ümumi mənfəətin 78,6%-ni təşkil edir.

Beləliklə, mənfəət sıralamasında TOP-5 banklar bunlardır: Azərbaycan Beynəlxalq Bankı, Kapitalbank,  PAŞA Bank, Bank of Baku, Xalq Bankdır. Tendensiya göstərir ki, Xalq Bank ön sıralardakı yerini tədricən əldən verir və bankın ümumi aktivlərinin həcmində baş verən azalmalar davam edir.

Mənfəətin dövr üzrə həcminə baxsaq görərik ki, xüsusən də ilk üçlükdə olan banklar əsas mənfəəti birinci və ikinci rübdə əldə ediblər. Bunun da bəlli səbəbləri var. Məsələn,  banklarda adətən birinci yarımillikdən sonra mükafatlandırma, inzibati xərclər üzrə bəzi ödənişlər həyata keçirilir. Qiymətli kağızlar üzrə əməliyyatlar da həmin rübün mənfəətinə ciddi təsir edir.

Zərərlilik baxımından hazırda “geriyə dönüşü olmayan” Bank Avrasiyadır. Ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlının qardaşına aid olduğu deyilən bank artıq bir neçə ildir ki, “mənfi zona”dadır. Əsas prudensial tələbləri hələki tam təmin edən bankın fəaliyyəti, aktivliyi bir qədər zəifdir.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department