Statuslar

Məntiqlə rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməliydi axı

Kağız bahalaşıb deyə dövlət rüsumu artırılır 

Dövlət rüsumlarının artırılması səbəbini izah edən nazir müavini Azər Bayramov bunu həm də son 10-15 ildə kağızın qiymətinin və çap xərclərinin artması ilə əsaslandırıb !

Hörmətli nazir müavininin diqqətinə çatdırıram ki, son 10-15 ildə hökumət büdcədən rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayırılıb.

Bəs bunun nəticələri necə oldu, məntiqlə rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməliydi axı.

Digər dövlət qurumları da açıqlamalar verirlər ki, elektronlaşma , rəqəmsallaşma əsasında effektivlik təmin olunur, xərclər azalır, operativlik artır və s.

İndi biz kimə inanaq?

Anlaşılmazdır ki, əgər kağızın üzərində siyasət quracaqdıqsa, onda elektronlaşmaya milyonlar ayrımaq nəyə lazımıydı ?

Belə çıxır ki, ya elektron hökumətə ayrılan xərclər özünü doğrultmayıb , ya da hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır.

Düzü, anlamadım, hökumət təmsilçisi nə demək istəyir.

Təəssüf edirəm, büdcəyə cavabdeh olan qurumun təmsilçisinin açıqlamasına.

Yeri gəlmişkən, nazir müavininin dediyindən belə çıxır ki, ölkədə indiyədək elektron hökumət quruculuğuna ayrılan resurslar özünü doğrultmayıb.

Bu baxımdan, ümid edirəm nazir müavininin bu açıqlamasına VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi də reaksiya verəcək.

 

Osman Gündüz
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department