Optimal Electronics işçi axtarır - VAKANSİYA
Monitorinq üzrə mütəxəssis
Tələblər:
- İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- 2 il monitorinq, kredit sahəsində təcrübəsi olmalıdır;
- Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
- MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;
- Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;
- Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
- Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
- Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;
- İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
Vəzifələri:
- Monitorinq sənədlərini tərtib etmək;
- Mövcud müştərilərin maliyyə vəziyətini və nəzərdə tutulmuş şəkildə satış və krediti prosesini vaxtaşırı monitorinq etmək;
- Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
- Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək;
- Monitorinq nəticəsində asılı olaraq hesabatların hazırlanması və s.
İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;