ENA+

“Walmart” mağazaları bitkoin satmağa başlayıb

Amerikanın “Walmart” supermarketlər şəbəkəsi müştərilərinə bitkoin təklif etməyə başlayıb, bu barədə “CoinDesk” məlumat verib.

ENA.az xəbər verir ki, nəşrin jurnalisti bu xidməti Pensilvaniyadakı mağazalardan birində müşahidə edib.

Bildirildiyi kimi, kriptovalyutanın satışı “Coinstar” terminalları vasitəsilə həyata keçirilir. “Walmart”ın kommunikasiya direktoru Molli Bleykman bunun pilot layihə olduğunu izah edib. Ümumilikdə, “Walmart” mağazalarında kriptovalyuta almaq üçün 200 terminal quraşdırılıb.

download

Terminala əsginas daxil etdikdən sonra alıcıya kupon verilir. Bundan sonra alıcı “Coinme” saytında qeydiyyatdan keçərək “KYC” prosedurunu tamamlayır və kuponundan istifadə edir. Qeyd edək ki, terminal nağd pul mübadiləsindən 4% və 7% komissiya tutur.

“Walmart” kriptovalyuta satışı xidmətini işə salması ilə bağlı rəsmi açıqlama verməyib. Və bunu sentyabr ayında “Litecoin” dəstəyi ilə bağlı yayılan məlumatların saxta çıxması ilə əlaqələndirib. Onda məlumatlar hətta rəsmi “Litecoin Foundation” hesabında dərc edilib ki, bu da bazarda volatilniyin kəskin artması ilə nəticələnib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)