Türkiyə lirəsi antirekordu yeniləyib
![](https://ena.az/uploads/news/2021-10/_ena_a82ab27a0ff47b077df50390d_o.jpg)
Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin aşağı salınması haqqında qərarından sonra Türkiyə lirəsi ABŞ dollarına nisbətdə tarixi minimumları yeniləməkdə davam edir.
ENA.az xəbər verir ki, cümə günü səhər lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 9,64-ə çatıb, Bakı vaxtı ilə saat 13.30-da isə 9,60 səviyyəsində möhkəmlənib.