"Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
Bankda Tender və Kotirovka prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
İlkin sənədlərin ekspertizasının aparılması;
Tender və Kotirovka iştirakçılarının müəyyənləşdirilməsi və təkliflərin təhlil edilməsi;
Tender və Kotirovkaların statusu barədə hesabatların hazırlanması;
Müqavilələr üzrə danışıqların aparılması;
Tender və Kotirovka protokollarının hazırlanması;
Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil (Hüquqi təhsil arzuolunandır);
Tender məsələləri üzrə 3 ildən başlayaraq iş təcrübəsi;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.
Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları.
Davranış səriştələri:
Yüksək səviyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Təşkilatçılıq bacarığı;
Analitik düşüncə qabiliyyəti;
Detallara diqqət.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Yanvar 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tender məsələləri üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az