Türk Lirəsi bir qədər də dəyər itirdi
Dollar/TL (Türk Lirəsi) məzənnəsi, dünən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Pul Siyasəti Komitəsinin yığıncağında pul siyasəti faizini 18%-dən 16%-ə endirməsinin ardından yüksəlir.
ENA.az xəbər verir ki, dünən 3%-dən çox ucuzlaşan lirə bu gün də dəyərdən düşür. Bu gün məzənnə 9,5428-i görüb.
Türk lirəsi cümə axşamı günü ən çox dəyər itirən inkişaf edən ölkə pul vahidi olub.
Avro/TL məzənnəsi 11 səviyyəsini də keçib.