Mənzillərin kirayəsində bahalaşma davam edir
Bu ilin noyabr ayında Azərbaycanda mənzillərin kirayəsi oktyabr ayı ilə müqayisədə 0,2% bahalaşaraq orta aylıq 92,39 manata çatıb.
"BI" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, bu ilin yanvar ayında kirayə bazarında 0,1% bahalaşma olub. Fevral və mart aylarında qiymətlər dəyişməyib. Apreldə bazarda 0,2% ucuzlaşma olsa da, mayda qiymətlər 0,4% artıb. İyunda bazarda yenidən sabitlik yaranıb. İyulda 0,1% ucuzlaşma, avqust və sentyabr aylarında isə müvafiq olaraq 0,6% və 0,4% bahalaşma baş verib. Oktyabr ayında mənzillərin kirayəsi sentyabr ayı ilə müqayisədə 0,2% bahalaşıb.