ENA+

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

2021-ci il üzrə İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları məlum olub.

ENA.az xəbər verir ki, bu barədə Nobel komitəsi məlumat yayıb.

Bildirilib ki, bu mükafata Kanada-ABŞ iqtisadçısı Devid Kard, həmçinin ABŞ-dan olan araşdırmaçılar Coşua Anqrist və Qvido İmbens layiq görülüblər.

Məlumata görə, Devid Kard “əməyə qənaətdə empirik töhfəsinə”, Coşua Anqrist və Qvido İmbens isə “səbəb-nəticə əlaqələrinin analizinə metodiki töhfələrinə” görə layiq görülüblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)