Azərbaycanda məmur iş otağında qətlə yetirildi
Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında qətl baş verib.
ENA.az-ın APA-ya istinadən xəbərinə görə, mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.
Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu iş otağında qətlə yetirən şəxsin Bağırov Mirhadi Mirtağı oğlu olduğu bildirilir.
29 yaşlı Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində mühasib işləyib. Hadisənin iş mübahisəsi zəminində baş verdiyi bildirilir.
Məlumata görə, Mirhadi Bağırov təqaüddə olan polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur. Mirtağı Bağırov uzun illər Goranboy rayon Polis Şöbəsində çalışıb.