Türkiyə öz sərhədlərini İranın yük maşınlarına bağladı
Türkiyə İranın yük maşınları üçün bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb.
Bu barədə “RİA Novosti”yə Türkiyənin İranla ticarətin inkişafı Assosiasiyasının rəhbəri Özcan Alaş bildirib. Onun sözlərinə görə, bu qərar Türkiyə TIR-larının İrana keçidinə qadağa qoyulması fonunda qəbul edilib.
“İranla Türkiyə arasındakı ticarət dövriyyəsi İran və Azərbaycan sərhədindəki gərgin vəziyyətə görə tamamilə dayandırılıb”, – deyə Alaş bildirib.
O əlavə edib ki, koronavirus pandemiyası səbəbindən onsuz da ticarət dövriyyəsi artıq azalıb və mövcud vəziyyət də Tehran və Ankaranın ticarət əlaqələrinə mənfi təsir göstərə bilər.